Bu gün saat 11:30-da “20 Yanvar” stansiyasının palatformasında bir kişi sərnişinin halı pisləşib.
Bu barədə Lent.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Qeyd olunub ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
Allah rəhmət eləsin!