Ağstafada piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, yolu keçmək istəyən zaman görə 2014-cü il təvəllüdlü F.İsayevanı maşın vurub.
Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.