Rusiyada azərbaycanlı sürücü piyadanı vurub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kalmıkiyada, Elistaya gedən federal avtomobil yolunun 120-ci kilometrində baş verib.
40 yaşlı Azərbaycan vətəndaşı idarə etdiyi “DAF FT XF” markalı yarımqoşqulu yük avtomobili ilə yoldan çıxaraq 41 yaşlı yerli sakini vurub.
Nəticədə yolun həmin hissəsində təmizlik işləri aparan yol xidməti əməkdaşı hadisə yerində həyatını itirib.
Qəzanın səbəbləri və başvermə şəraiti araşdırılır.