Azərbaycanda yüksək rütbəli polis əməkdaşı vəfat edib.
Lent.az-ın məlumatına görə, Neftçala rayon Polis Şöbəsi rəisinin şəxsi heyət üzrə köməkçisi, polis polkovnik-leytenantı Heydər Əzizov bu gün 36 yaşında dünyasını dəyişib.
Onun uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a faktı təsdiqləyiblər.