Azərbaycanda şəlalədən yıxılıb ölən müəllimin FOTOLARI  yayıldı -YENİLƏNİB
24 iyul 2024 19:04 (UTC +04:00)

Azərbaycanda şəlalədən yıxılıb ölən müəllimin FOTOLARI yayıldı -YENİLƏNİB

 İsmayıllıda şəlalədən yıxılaraq ölən müəllim barədə yeni məlumat var.

Lent.az xəbər verir ki, sosial şəbəkələrdə Ağayev Ağabala fotoları yayılıb və İvanovka kənd orta məktəbində idman müəllimi işlədiyi bildirilib.

Faciəvi şəkildə ölən müəllimin fotolarını təqdim edirik:

***

12:47

Dünən İsmayıllı rayonunda şəlalədən yıxılaraq ölən Ağabala Ağayev barəsində bəzi təfərrüatlar məlum olub.  

Lent.az-ın əldə etdiyi məlumata görə, Ağabala Ağayev İvanovka kənd orta məktəbində idman müəllimi işləyibmiş.

O, tanışları ilə rayonun Çayqovuşan kəndi ərazisində yerləşən şəlaləyə istirahətə gedib. Həmin vaxt şəlaləyə çıxan Ağabala Ağayev ehtiyyatsızlıqdan oradan yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

***

23 iyul, saat 23:26

İsmayıllıda faciəli hadisə baş verib. 

Lent.az xəbər verir ki, hadisə rayonun Çayqovuşan kəndi ərazisindəki şəlalədə qeydə alınıb.

1986-cı il təvəllüdlü Ağayev Ağabala Əlibala oğlu şəlalədən yıxılaraq ölüb.

Hazırda polis və prokurorluq əməkdaşkarı hadisə yerində araşdırma aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6984
avatar

Oxşar yazılar