Azərbaycan polisi İranın molla rejiminə xidmət edən, onları təbliğ edənlərin ifşası istiqamətində yeni əməliyyat tədbirləri həyata keçirib.
Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, aparılan əməliyyat tədbirləri nəticəsində 10-a yaxın şəxs saxlanılıb.
Saxlanılanlardan ikisinin kimliyi müəyyənləşib.
Onlar - Mingəçevir sakini Elvin Nəzərov və Goranboy sakini Amil Dəmirovdur.
Lent.az-ın əldə etdiyi məlumata görə, adı çəkilən şəxslər narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.