Azərbaycanda evdə  PARTLAYIŞ:   2 nəfər...
28 dekabr 2021 14:35 (UTC +04:00)

Azərbaycanda evdə PARTLAYIŞ: 2 nəfər...

0

Mingəçevirdə evdə partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, qaz sızması səbəbilə baş verən partlayış nəticəsində ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaqlı evdə yanğında olub. Evin dam örtüyü çöküb, divarları dağılıb və 12 m2 sahədə taxta konstruksiyaları yanıb. Partlayışın dalğasından həyətyanı sahədə dayanmış "VAZ" markalı minik avtomobilinin şüşələri sınıb, qonşu evlərin dam örtüyünə və pəncərə çərçivələrinə ziyan dəyib.

Partlayış zamanı evdə olan 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Yanğın söndürülüb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3074

Oxşar yazılar