Azərbaycanda çipsi yeyən   azyaşlı öldü - YENİLƏNİB
10 iyun 2024 18:00 (UTC +04:00)

Azərbaycanda çipsi yeyən azyaşlı öldü - YENİLƏNİB

Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB və AQTA-nın birgə məlumatında deyilir.

İlkin araşdırma zamanı məlum olub ki, hadisə iyunun 8-də baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.

İyunun 9-da saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, elə həmin tarixdə saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.

Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.

***

saat 12:28

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) çipsidən öldüyü iddia edilən uşaqla bağlı açıqlama verib.

Lent.az-ın məlumatına görə, AQTA-dan hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".

***

Saat 11:00

Azərbaycanda azyaşlı uşaq çipsidən zəhərlənərək ölüb. 

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

Qeyd olunur ki, hadisə Qobustanda baş verib. 

Turqut adlı azyaşlının çipsidən zəhərlənərək öldüyü iddia olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8835
avatar

Oxşar yazılar