Ağdaşda ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayonun Aşağı Ləki kəndində ümumi sahəsi 234 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 154 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 87 yaşlı Həşimova Bəsdə Eybur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.