Yardımlıda meşədə onlarla ağac kəsilib.
Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb. Qeyd olunub ki, Yardımlı meşəsinin 4 saylı meşəbəyliyinin, 13 saylı dolayında çox sayda ağac tikinti materialı kimi istifadə üçün kəsilib. Məlumata görə, sonuncu dəfə 100 ağac kəsilib. 300 ağacın isə bir müddət əvvəl kəsildiyi bildirilir.
Bu meşə “terroru” ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Lent.az-a münasibət bildirib. O, hazırda faktla bağlı araşdırmalar aparıldığını vurğulayıb:
“Hazırda Yardımlı rayonunun 4 saylı meşəbəyliyinin, 13 saylı dolayında əməkdaşlarımız tərəfindən araşdırma davam edir. Təbiətə dəymiş ziyanın məbləğinin və təqsirkarların müəyyənləşdirilməsi məqsədilə müvafiq işlər aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək”.
Kəsilmiş ağac
Yardımlıda kəsilən ağac
Yardımlıda kəsilən ağac
Kəsilən ağacların qalıqları
Ağacların qalıqları