Bir yaşlı uşaq öldü, anası və sevgilisi həbs edildi.
Lent.az Türkiyə mediyasına istinadən bildirir ki, hadisə Antaliyada baş verib.
Uşağın hərəkətsiz vəziyyətdə yatdığını görən ana xəstəxanaya aparıb. Həkimlər uşağı müayinə edərkən körpənin cansız bədənində zorlama izləri aşkarlayıblar. Ana və onunla birgə yaşayan sevgilisi saxlanılıb.
Məlumata görə, qadının əvvəlki həyat yoldaşı həbsxanadadır.
Faktla bağlı araşdırma aparılır.