Ali Məhkəmə Alimpaşa Məmmədovla  bağlı qərar verdi
10 iyun 2025 13:01 (UTC +04:00)

Ali Məhkəmə Alimpaşa Məmmədovla bağlı qərar verdi

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov barəsində olan hökmdən və üzərinə həbs qoyulmuş əmlakı ilə bağlı verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə Alimpaşa Məmmədov cəza ilə bağlı kassasiya şikayətini geri götüməsi barədə məhkəməyə ərizə ilə müraciət edib.

Məhkəmə onun gələcəkdə yenidən kassasiya şikayəti vermək hüququnu saxlamaqla müraciəti təmin edib.

Alimpaşa Məmmədovun əmlakla bağlı şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sabiq icra başçısı 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Alimpaşa Məmmədovun cəzası bir il azaldılaraq cəzası 10 il 6 aya endirilib.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 11 milyonluq əmlakı üzərinə həbs qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4474

Oxşar yazılar

Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

Regional Su Meliorasiya Xidmətinin əməkdaşı iş başında öldü

26 iyul 2025 , 18:25
Şuşada 4 hektar ərazi yandı

Şuşada 4 hektar ərazi yandı

26 iyul 2025 , 18:04
Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

Sabirabadda kanalda batan gəncin meyiti tapıldı - YENİLƏNİB

26 iyul 2025 , 17:30
Bakıda kişi küçədə qəfil öldü

Bakıda kişi küçədə qəfil öldü

26 iyul 2025 , 17:21
Rüşvətxor prokuror   həbs olundu

Rüşvətxor prokuror həbs olundu

26 iyul 2025 , 15:46
Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

Üçü uşaq olmaqla, 4 nəfər evdə yanıb kül oldu

26 iyul 2025 , 14:52
Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

Bakıda bağ evində FACİƏ: fəhlə yıxılıb öldü

26 iyul 2025 , 14:34
Sumqayıtda əsəb xəstəsi  tibb müəssisəsində öldü

Sumqayıtda əsəb xəstəsi tibb müəssisəsində öldü

26 iyul 2025 , 13:39