Ağdaşda maşınlar toqquşdu, ölən və yaralananlar var
23 yanvar 2024 02:46 (UTC +04:00)

Ağdaşda maşınlar toqquşdu, ölən və yaralananlar var

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, yanvarın 22-si saat 22 radələrində Ağdaş şəhəri ərazisində “VAZ-21011” və “Honda” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində “VAZ”ın sürücüsü, 1990-cı il təvəllüdlü Məmmədov İlham Azər oğlu aldığı xəsarətlərdən xəstəxanada vəfat edib, üç sərnişini və digər nəqliyyat vasitəsinin sürücüsü isə xəsarət alıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4025

Oxşar yazılar