Abşeronda yol qəzası oldu,  bir nəfər öldü
05 iyul 2022 07:00 (UTC +04:00)

Abşeronda yol qəzası oldu, bir nəfər öldü

Bakının Novxanı qəsəbəsində iki avtomobil toqquşub.

Lent.az APA-ya istinadən xəbər verir ki, Novxanı-Goradil şossesində qeydə alınan qəzada bir nəfər ölüb.

Belə ki, şossedə “QAZ 3110” markalı avtomobili idarə edən sürücü Ağahüseyn Məmmədov hərəkətdə olan zaman əks yola çıxan A.Məmmədovun idarə etdiyi “Lada Priora” markalı avtomobilə çırpılıb.

Toqquşma nəticəsində “Lada Priora” markalı nəqliyyat vasitəsində hələlik ad soyadı məlum olmayan sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

# 999
avatar

Oxşar yazılar