Yük maşını ağaca çırpıldı: yaralanan var
02 noyabr 2019 09:13 (UTC +04:00)

Yük maşını ağaca çırpıldı: yaralanan var

0

Ağcabədi rayonunda yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Lent.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi rayonunun Hacıbədəlli kəndində “Shacman” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1241

Oxşar yazılar