Nepalda avtobus çaya düşdü: 15 nəfər ölüb
03 noyabr 2019 19:28 (UTC +04:00)

Nepalda avtobus çaya düşdü: 15 nəfər ölüb

Bu gün Nepalda avtobus çaya düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Himalayan Times” qəzeti məlumat yayıb.

Paytaxt Katmanduya gələn avtobus Sindxupalçok rayonunda yoldan çıxıb və çaya düşüb. Nəticədə ən azı 15 nəfər ölüb, 3 nəfər itkin düşüb, 50 nəfər xəsarət alıb. Xəsarət alanlardan 6-nın durumu ağırdır.

“DD News” telekanalı ölənlər arasında 8 qadın və 2 uşağın olduğu barədə məlumat yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 705

Oxşar yazılar