Oğurluq etdiyinə görə tutulan F.İdrisovun, Ö.İsmayıllının, Ş.Əliyevin və A.Əbilovun ətraflarında Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onların 2 avtomobildən ümumilikdə 110 manat pul oğurlamaları da müəyyən edilib.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşları rayon ərazisində avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini Z.Sadıqov saxlayıblar.