Maşını elektrik dirəyinə çırpdı: ölən var
10 noyabr 2019 09:36 (UTC +04:00)

Maşını elektrik dirəyinə çırpdı: ölən var

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb.

Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib.

Avtomobilin çırpıldığı  elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb.    

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1097
avatar

Oxşar yazılar