Kişi yol kənarında öldü
12 noyabr 2019 11:44 (UTC +04:00)

Kişi yol kənarında öldü

Yevlax-Zaqatala-Gürcüstan yolunda ölüm hadisəsi qeydə alınıb.

Lent.az-ın məlumatına görə, Nizami Qəzənfər oğlu Səlimov dünən günortadan sonra Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun Şəki rayonu, Şəki kəndi ərazisində ölüb.

Məlumat əsasında Şəki rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə baxış keçirib, meyit xarici və daxili müayinə olunub. Müayinə zamanı meyitdə heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır. İlkin araşdırma zamanı Nizami Səlimovun dünən 16:20-də həmin ərazidə öldüyü müəyyən edilib.

# 989
avatar

Mehman Nəbiyev

Oxşar yazılar