Bakıda gənc oğlan itkin düşüb.
Lent.az-ın məlumatına görə, 25 yaşlı Təhmin İmran oğlu Məmmədov mayın 28-də saat 17 radələrində Xətai rayonu X.Məmmədov küçəsində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə onun qardaşı Ehtiram Məmmədov Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı 36-cı Polis Bölməsində araşdırma aparılır.