Gürcüstanda azərbaycanlılar qəzaya düşdü, ölən və yaralananlar var - FOTO
01 noyabr 2019 23:32 (UTC +04:00)

Gürcüstanda azərbaycanlılar qəzaya düşdü, ölən və yaralananlar var - FOTO


 
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda ağır yol-nəlqiyyat hadisəsi baş verib. 

APA-nın Gürcüstan  bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə bu gün saat 19  radələrində baş verib.

Məlumata görə, Marneuli-Qırmızı Körpü magistral yolunun Tsereteli kəndindən keçən hissəsində "VAZ-2107" markalı avtomobil ötmə əməliyyatını icra edərkən yolun əks istiqamətindən gələn “Ford” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Minik maşınına daha sonra arxasınca gələn digər “Ford” markalı avtomobil çırpılıb.
 
Qəza nəticəsində “VAZ-2107” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Xəsarət alan orta yaşlı qadın isə xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Xəsarət alanlar arasında 2 azyaşlının olduğu da bildirilir.

Yerli sakinlər qəzaya uğrayan hər üç avtomobilin Marneuli sakinlərinə aid, ölənlərin isə azərbaycanlı olduğunu bildiriblər.
 
Hadisə yerinə polis patrul xidmətinin əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985
avatar

Oxşar yazılar

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

Aşura günü qaydaları pozan sərxoş sürücülər tutuldu

21 iyul 2024 , 21:06
Bu ölkədə bir gündə 40 nəfər  suda batdı:   İkisi uşaqdır

Bu ölkədə bir gündə 40 nəfər suda batdı: İkisi uşaqdır

21 iyul 2024 , 19:25
Keçmiş nazir təcridxanada intihara cəhd etdi

Keçmiş nazir təcridxanada intihara cəhd etdi

21 iyul 2024 , 19:13
Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

Bakıda “Abşeron” ticarət mərkəzində yanğın oldu

21 iyul 2024 , 18:46
92 yaşlı kişi faciəli şəkildə öldü

92 yaşlı kişi faciəli şəkildə öldü

21 iyul 2024 , 17:39
Cəlilabadda ev belə kül oldu-FOTO

Cəlilabadda ev belə kül oldu-FOTO

21 iyul 2024 , 17:19
Mənzildə kişi meyiti tapıldı

Mənzildə kişi meyiti tapıldı

21 iyul 2024 , 17:11
Ermənilər Kəlbəcəri atəşə tutdu

Ermənilər Kəlbəcəri atəşə tutdu

21 iyul 2024 , 09:27