Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri həyata
keçirib.
Lent.az-a Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları şəhər sakini 50 yaşlı Telman Əhmədovun yaşadığı evdə narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat əldə ediblər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində T.Əhmədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ayrı-ayrı sellofan torbalarda ümumi çəkisi 4 kiloqramdan artıq satış məqsədilə saxladığı narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində T.Əhmədovun barəsində cinayət işi başlanılıb, istintaq aparılır.