Döyülüb, sonra da at arabası ilə üstündən keçilən kənd sakini öldü - FOTO - YENİLƏNİB
03 noyabr 2019 22:15 (UTC +04:00)

Döyülüb, sonra da at arabası ilə üstündən keçilən kənd sakini öldü - FOTO - YENİLƏNİB

Ağdamın Xındırıstan kəndində həmkəndlisini döyərək öldürən şəxsin kimliyi məlum olub. 

APA-nın yerli bürosunun məlumatına görə o, kənd sakini 1972-ci il təvəllüdlü Nəsibov Umud Qulu oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. 

****

21:54

 

Ağdamda 56 yaşlı kişi həmkəndlisilə dava zamanı ölüb. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Xındırıstan kəndində baş verib. 

Kənd sakini Hətəmov Əli Əsgər oğlu həmyerlisi ilə mübahisə edib. Mübahisə zamanı Ə.Hətəmov döyüldükdən sonra üstündən at arabası ilə keçilib. Ə.Hətəmovu Ağdam
Mərkəzi Rayon Xəstəxanasına apararkən yolda həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1815
avatar

Oxşar yazılar