Bakıda ölüm hadisəsi baş verib.
APA-nin məlumatına görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb. Belə ki, Nizami rayon sakini, 61 yaşlı Gülnamə Məmməd qızı Məmmədova alış-veriş edən zaman mağazaların birində halı pisləşib.
Onu Kliniki Tibbi Mərkəzə aparmaq istəsələr də, həyatını xilas etmək mümkün olmayıb.