Bakıda güclü külək səbəbindən bir piyadanın üstünə su çəni, digərinin üstünə dəmir darvaza aşıb
02 noyabr 2019 21:02 (UTC +04:00)

Bakıda güclü külək səbəbindən bir piyadanın üstünə su çəni, digərinin üstünə dəmir darvaza aşıb

0

 

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində güclü küləyin təsirindən su çəni aşıb.

APA-nın məlumatına görə, 2005-ci il təvəllüdlü Abbasov Amin Ramin oğlu küçədə hərəkətdə olan zaman həmin su çəni onun üstünə düşüb. A.Abbasov ağır kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.

Güclü küləyin təsirindən, həmçinin Binəqədi-Xırdalan şossesində 1968-ci il təvəllüdlü Xəlilov Qalib Məzahir oğlunun üzərinə dəmir darvaza aşıb, yaralı ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1431

Oxşar yazılar