Bakıda Bulvar mühafizəçisini avtomobil vurub, vəziyyəti ağırdı
01 noyabr 2019 22:59 (UTC +04:00)

Bakıda Bulvar mühafizəçisini avtomobil vurub, vəziyyəti ağırdı

0

 

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə "Dünya Göz" xəstəxanasının yaxınlığında baş verib.

Minik avtomobili Dənizkənarı Bulvar İdarəsində mühafizəçi işləyən 1984-cü il təvəllüdlü Məmmədov Samit Bayram oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 945

Oxşar yazılar