Bakıda bir nəfər minik avtomobilinin altında qalaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin “Opel” markalı minik avtomobilinin altında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 47 yaşlı Fərhad Elxan oğlu Əhmədovun meyitini avtomobilin altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.