Bakı-Quba yolunda 2 maşın toqquşub, 4 nəfər ölüb - FOTO - YENİLƏNİB
02 noyabr 2019 15:35 (UTC +04:00)

Bakı-Quba yolunda 2 maşın toqquşub, 4 nəfər ölüb - FOTO - YENİLƏNİB

0

Ötən gecə Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən daha birinin şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bu, 1987-ci il təvəllüdlü Nəzərova Bahar Zakir qızıdır.

***

07:10

Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisinin kimliyi məlum olub. APA-nın şimal bürosunun məlumatına görə, onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

 

****

23:09

Bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun 75-ci km-də qeydə alınıb.  "Mercedes" markalı maşınla "Lada Kalina" markalı nəqliyyat vasitəsi toqquşub.  

İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib, 2 nəfər xəsarət alıb. 

Yaralılar - Xaçmaz rayonu, Qarabağlı kənd sakinləri, 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və onun nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3339

Oxşar yazılar