Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı
16 noyabr 2019 09:59 (UTC +04:00)

Azərbaycanda qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edən Lənkəran və Astara sakinlərindən 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Astara rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İlqar Rufullayev və Səfər Rüstəmov, bir nəfər isə Lənkəran sakini Süleyman İsmayılov saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. 

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Oxşar yazılar