Azərbaycanda maşın çaya aşdı: ölən var
02 noyabr 2019 19:28 (UTC +04:00)

Azərbaycanda maşın çaya aşdı: ölən var

İsmayıllıda minik avtomobili yoldan çıxaraq çaya aşıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə İsmayıllı-Qəbələ yolunun Xanagah kəndi ərazisindən keçən hissəsində, Ax-Ox çayı üzərindəki körpüdə qeydə alınıb. İsmayıllı şəhər sakini, 26 yaşlı Əmralı Ağasəməd oğlu Əmirzadə idarə etdiyi 90-SR-979 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq çay yatağına aşıb.

Hadisə zamanı sürücü Əmralı Əmirzadə və anası, 56 yaşlı Cəmilə Nəcməddin qızı Əmirova müxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səyinə baxmayaraq, Ə.Əmirzadə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1840
avatar

Oxşar yazılar