Azərbaycanda axtarışda olan 31 nəfər saxlanıldı
16 noyabr 2019 11:25 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 31 nəfər saxlanıldı

 

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 12 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1012
avatar

Oxşar yazılar