Bərdə rayonunda 6 otaqlı evdə yanğın olub.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Bərdə rayonu, Mollalı kəndində ümumi sahəsi 280 m² olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsi və dam örtüyünün yanar konstruksiyaları 140 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.