Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başladı
12 noyabr 2019 09:17 (UTC +04:00)

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başladı

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, üç mərhələdə keçiriləcək təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, HHQ, HDQ, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Təlim şərti düşmənin döyüş imkanları nəzərə alınmaqla Azərbaycan Ordusunun sərəncamında olan yeni növ silah və hərbi texnikanın tətbiqi ilə dağ, dağ-meşə, mürəkkəb radioelektron və real iqlim şəraitində qoşunların qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və komandirlərin idarəetmə bacarıqlarının artırılması ilə icra olunacaq.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsi ilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi və şəraitə uyğun olaraq qərarların qəbul edilməsi üzrə vərdişlər məşq etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1359

Oxşar yazılar

Hərbçi arvadının sevgilisini  tarlada güllələdi

Hərbçi arvadının sevgilisini tarlada güllələdi

19 iyun 2025 , 15:39
Mahmudağa Mamudzadə

Bakıda prokuror VƏFAT ETDİ

19 iyun 2025 , 14:25
Ucar sakinini ilan sancdı

Ucar sakinini ilan sancdı

19 iyun 2025 , 14:04
Ramiz Duyğun dəfn edildi  -YENİLƏNİB

Ramiz Duyğun dəfn edildi -YENİLƏNİB

19 iyun 2025 , 14:00
David Manukyan minalarla bağlı sorğu-sual edildi

David Manukyan minalarla bağlı sorğu-sual edildi

19 iyun 2025 , 13:57
Binəqədidə narkokuryerlik edən tiktoker  saxlanıldı -VİDEO

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanıldı -VİDEO

19 iyun 2025 , 13:50
Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

Gəncədə meyiti tapılan yeniyetmə ilə bağlı YENİ FAKT - YENİLƏNİB

19 iyun 2025 , 10:45
70 kiloqram qızılla  tutulan hərbi attaşedən YENİ XƏBƏR

70 kiloqram qızılla tutulan hərbi attaşedən YENİ XƏBƏR

19 iyun 2025 , 10:30