Mardinin Qızıltəpə qəsəbəsində polis əməkdaşları əməliyyat keçiridkləri evdə 217 ədəd canlı əqrəb tapdılar. Əqrəblər Mardin Təbiəti Mühafizə və Milli Parklar idarəsinə təhvil verilib.
Lent.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, Qızıltəpə Polis Şöbəsinin əməkdaşları şübhəlilərin axtarışı üçün Yenikənd məhəlləsində əməliyyat keçirib. Evin zirzəmisinə düşən polislər gördükləri mənzərə qarşısında çaşbaş qalıblar. Polis şəffaf qutularda olan 217 ədəd canlı əqrəb aşkar ediblər.
Götürülən əqrəblər Qızıltəpə Prokurorluğunun göstərişi ilə bələdiyyəyə təhvil verilib. İnzibati işlər üçün isə əqrəblər Mardin Təbiəti Mühafizə və Milli Parklar idarəsinə təslim edilib. Əqrəbdən alınan zəhərin dərman sənayesi başda olmaqla bir çxo sahədə istifadə olunduğu, litrinin isə 10 milyon dollara alındığı bildirilir.