45 dəqiqə ərzində heç bir həyat əlaməti olmayan kişi həkimlərin sayəsində ayılaraq gördüklərini danışıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, tibbi yardım işçiləri Vinsent Tolmanı həddindən artıq dozada sınaqdan keçirilməmiş bodibildinq əlavəsi qəbul etdikdən sonra "ölmüş" tapıblar. Həkimlər kişini xilas etmək mümkün olmadığına qərar verib və onu cəsəd çantasına qoyublar.
Tolman bunu rejissor kimi izlədiyini və hətta həkimlərin fikirlərini eşitdiyini deyib. Sonra deyib ki, onu cənnətə yönəldən Dreyk adlı bir ruh bələdçisi ilə tanış olub. Orada, Tolmanın qeyd etdiyi kimi, həyatında etdiyi bütün pis və yaxşı işləri başqa insanların gözü ilə görüb.
Tolman cənnətdə həyatın mənasını dərk etməyi, sevginin dəyərini dərk etməyi bacardığını söyləyib. "Yer sadəcə bir məktəbdir, həmişə yalnız bir sinif olub, heç vaxt məhkəmə zalı olmayıb" deyə izah edib. Bundan əlavə, onun dediyinə görə, Dreyk ona Kainatın quruluşunu açıqlayıb, bu barədə bilikləri şifahi şəkildə çatdırmaq mümkün deyil. Tolman etiraf edib ki, daha sonra ona ailəsinin yanına qayıtmaq və ya burada qalmaq variantı təklif olunub. O, ailəsini seçib.
Kişini həkimlərdən biri reanimasiya edib, o, Tolmanın sözlərinə görə, ilk iş günündə xəstəni itirməkdən qorxurmuş. Kişi nəfəs almağa başlayıb və tibbi səbəblə komaya salınıb. Yalnız üç gündən sonra oyanıb.