35 yaşlı qadın 2 aydan çoxdur itkin düşüb -  FOTO
01 iyul 2022 12:04 (UTC +04:00)

35 yaşlı qadın 2 aydan çoxdur itkin düşüb - FOTO

Qəbələdə 35 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Qəbələ şəhər sakini, 35 yaşlı Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Səidə Abdullayeva

# 1338
avatar

Mehman Nəbiyev

Oxşar yazılar