17 il əvvəl  bacısını öldürən   azərbaycanlı saxlanıldı
03 iyun 2024 18:28 (UTC +04:00)

17 il əvvəl bacısını öldürən azərbaycanlı saxlanıldı

Sankt-Peterburqda azərbaycanlıya qarşı ittiham irəli sürülüb və o, öz bacısını öldürməkdə şübhəli bilinir. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 1971-ci il təvəllüdlü Azərbaycan vətəndaşının bıçaqlanmış meyiti. 2006-cı ildə Sosnovaya Polyana parkında tapılıb. Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə İstintaq İdarəsinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, idarə ötən illərin cinayətlərinin açılması istiqamətində sistemli iş aparır. İndi də iş üzrə 2006-cı ilin noyabrında başlanmış istintaq davam edir.

İstintaq qətlə yetirilən qadınla bağlı ehtimal olunan məlumat əldə edib - bu il onun yaxınlarının qətldə əli olması versiyası yoxlanılarkən onun şəxsiyyəti müəyyənləşən genetik ekspertiza aparılıb. Onun qardaşının cinayətdə əli olması barədə də məlumat daxil olub.

Mayın 29-da İstintaq Komitəsinin əməkdaşları və polislər Dağıstan Respublikasında saxlanılan 43 yaşlı azərbaycanlını Sankt-Peterburqa gətiriblər. O, Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “j” bəndi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş adam öldürmə) ilə ittiham olunub.

Müstəntiqlərin fikrincə, o, bacısını tək yox, tanışı ilə birlikdə qətlə yetirib. Həmin vaxt 36 yaşlı qadınla mübahisə edən qardaşı və şəriki ona hücum edib. Tapılan meyitdə çoxsaylı bıçaq xəsarətləri olub.

İndi onlar qətlin ortağını axtarır və cinayətin tam mənzərəsini bərpa etmək üçün tədbirlər görürlər. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsi də həll olunur.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2244
avatar

Oxşar yazılar