10 il əvvəl dənizdə dayısı oğlu  tərəfindən öldürülüb
12 fevral 2022 11:00 (UTC +04:00)

10 il əvvəl dənizdə dayısı oğlu tərəfindən öldürülüb

Azərbaycanda 10 il əvvəl dənizdə batan şəxsin dayısı oğlu tərəfindən öldürüldüyü məlum olub.

Baş prokurorluqdan Lent.az-a verilən məlumata görə, prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.
Belə ki, 21.06.2012-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbə sakini Bayramov Ceyhun Yunis oğlunun Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq Qubadlı rayon prokurorluğunda ibtidai istintaq aparılmış, istintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılıb.
Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib.

Fuad Qasımov 08.02.2022-ci il tarixdə rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.
İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3608

Oxşar yazılar

Dünən bank kartlarından 20 minə yaxın  pul oğurlanıb

Dünən bank kartlarından 20 minə yaxın pul oğurlanıb

13 iyun 2025 , 12:18
Ağdamda insan sümükləri  tapıldı

Ağdamda insan sümükləri tapıldı

13 iyun 2025 , 11:03
Bakıda kişi yola benzin tökdü, özü də yandı

Bakıda kişi yola benzin tökdü, özü də yandı

13 iyun 2025 , 10:49
Avropa onu Azərbaycana təhvil verdi

Avropa onu Azərbaycana təhvil verdi

13 iyun 2025 , 10:07
Xəstə uşaq şəkilləri  ilə pul yığırdı, saxlanıldı - VİDEO

Xəstə uşaq şəkilləri ilə pul yığırdı, saxlanıldı - VİDEO

13 iyun 2025 , 10:06
Bakıda maşın kişinin üstündən keçdi

Bakıda maşın kişinin üstündən keçdi

13 iyun 2025 , 09:50
Yardımlıda traktor aşdı,  sürücü öldü

Yardımlıda traktor aşdı, sürücü öldü

13 iyun 2025 , 09:25
Bakıda minik maşını avtobusla toqquşdu

Bakıda minik maşını avtobusla toqquşdu

13 iyun 2025 , 02:57