Kafedə müştərinin başına butulka çırpdılar
Qaradağ rayonunda kafelərdən birində qəribə hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qobustan qəsəbəsi ərazisində, Bakı-Salyan yolunun 55-ci kilometrliyində müştərilərdən birinin başına butulka çırpıblar.
Məlumata görə, 1960-cı il təvəllüdlü Xələfov Osman Ağababa oğlu idarəyə ərizə ilə müraciət edib. 51 yaşlı kişi bildirib ki, həmin kafedə oturduğu vaxt 1958-ci il təvəllüdlü Şahpələngov Mehdixan Ağamehdi oğlu heç bir səbəb olmadan onun başına butulka ilə zərbə endirib. Nəticədə O.Xələfov baş nahiyəsindən ciddi xəsarət alıb. Qırılan şüşə onun bədənini də yaralayıb.
Hazırda məsələ üzrə araşdırmalar aparılır. Hadisənin səbəbləri və sair araşdırılır.
Nizam RZA

1112