Azərbaycan vətəndaşı Moskvada məhkum edildi
Həmyerlimiz narkotik alverində təqsirləndirilir
Moskva şəhərinin Kuzminsk rayon Məhkəməsi Azərbaycan vətəndaşı, 1986-cı il təvəllüdlü Ucar rayon sakini Sənan Valeh oğlu Səmədovu cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkməklə 4,5 il müddətinə azadlıqdan məhrum edib.
APA-nın Moskva müxbirinin məlumatına görə, narkotik vasitələrin qanunsuz satışında ittiham olunan S. Səmədov bu ittihamı rədd edir. O, məhkəmədə verdiyi ifadəsində başına gələnləri ətraflı nəql edərək milis işçiləri tərəfindən tora salındığını deyib. O, iyulun 4-də ticarətlə məşğul olduğu satış nöqtəsində heroin satışında günahlandırılaraq həbs olunduğunu bildirib. Bölmədə ona heroin satdığını təsdiqləyən yazılı kağız imzalatdırmaq istəyiblər.
S. Səmədov bunu rədd etdikdən sonra 4 milis tərəfindən döyülüb. Sənanın qohumları dəfələrlə Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət etsələr də, heç bir cavab verilməyib. Səfirlik məhkəmə prosesinə təmsilçi də göndərməyib. S. Səmədovun atasının Rusiya prezidentinə, Ali Məhkəməyə və insan haqları üzrə müvəkkilə müraciətləri də nəticəsiz qalıb. Vəkil Nikolay Kazakov işin qurama olduğunu bildirərək məhkəmənin hökmü ilə razılaşmasının mümkün olmadığını və kasasiya şikayəti verəcəyini açıqlayıb.

752