“Yaşıl Bazar”da balta-bıçaq davası
09 dekabr 2010 12:53 (UTC +04:00)

“Yaşıl Bazar”da balta-bıçaq davası

Dekabrın 8-də Bakı şəhər Nəriman rayonu ərazisindəki “Yaşıl Bazar”da kütləvi dava olub. Lent.az-ın məlumatına görə, bazarın işçisi Elnur Piriyev həmkarı Vüqar Sadıqovu baltalayıb. O, ikincinin sinəsinə baltanın arxası ilə zərbələr vurub. Bundan sonra bazarda işləyən Siyavuş Məhərrəmov E.Piriyevi bıçaqlayıb. Qarın nahiyəsindən bıçaqlanan E.Piriyev xəstəxanaya yerləşdirilib. Onun balta ilə vurduğu V.Sadıqov da xəstəxanaya aparılıb.

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları artıq S.Məhərrəmovu yaxalayıb. Davada iştirak edən digər şəxslərin ətrafında araşdırma aparılır.

Nizam Rza
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 783

Oxşar yazılar