Bakıda dəhşətli ailə dramı: qardaş qardaşı güllələdi
Sentyabrın 5-nə keçən gecə Bakı şəhərinin Binəqədi rayonu ərazisində qətl törədilib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Rəsulzadə qəsəbəsi, A.Məmmədxan küçəsi 42A ünvanından 1973-cü il təvəllüdlü Paşayev Teyyub Teymur Kliniki Tibbi Mərkəzə gətirilib. Onun güllə yarası aldığı müəyyənləşib. Həkimlərin səyinə baxmayaraq, 39 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Aparılmış ilkin araşdırmalardan sonra T.Paşayevin doğma qardaşı Seymur tərəfindən güllələnməsi müəyyən edilib. S.Paşayev tutulub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (qanunsuz odlu silah saxlama) və 120-ci (qəsdən adam öldürmə) maddələri ilə iş başlanılıb. Hadisənin təfərrüatları məlum deyil.
Nizam RZA

6362