Azərbaycana gizli mobil telefon gətirilməsinin qarşısı alınıb
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı İftixar Hacıyevin idarə etdiyi “BMW 320” markalı minik avtomobilinə baxış zamanı həmin maşının mühərrik yerində və salonunda gizlədilmiş müxtəlif markalı, cəmi 225 ədəd mobil telefon və mobil telefonlara məxsus aksessuarlar - 267 ədəd akkumulyator, 269 ədəd qidalandırma cihazı, 260 ədəd karton qutu, 119 ədəd USB-kabel və 50 ədəd “qulaqcıq” aşkarlanıb.
“Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Amin İbrahimovun idarə etdiyi “VAZ-21074” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin yük yerində yanacaq çənindən müxtəlif markalı, cəmi 101 ədəd mobil telefon və mobil telefonlara məxsus aksessuarlar - 69 ədəd qidalandırma cihazı, 56 ədəd akkumulyator, 35 ədəd USB-kabel və 60 ədəd “qulaqcıq” aşkarlanaraq götürülüb. Azərbaycan vətəndaşı Fərid Abbasquliyevin idarə etdiyi “Mercedes Benz E230” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı da həmin nəqliyyat vasitəsinin salonunda müxtəlif markalı, cəmi 98 ədəd mobil telefon və mobil telefonlara aid aksessuarlar - 76 ədəd akkumulyator batareyası, 55 ədəd qidalandırma cihazı və 64 ədəd karton qutu gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
“Sınıq Körpü” gömrük postunda Azərbaycan vətəndaşı Rəşad Əhmədovun idarə etdiyi “Mercedes Benz 300” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı həmin nəqliyyat vasitəsinin döşəmə örtüyünün altından müxtəlif markalı, cəmi 17 ədəd mobil telefon və mobil telefonlara aid aksessuarlar- 12 ədəd “qulaqcıq”, 22 ədəd qidalandırma cihazı, 22 ədəd boş qutu və 3 ədəd USB-kabel gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkarlanıb. Azərbaycan vətəndaşı Habil Cavadovun idarə etdiyi “Mercedes Benz 320” markalı minik avtomobilinə gömrük nəzarəti zamanı isə həmin nəqliyyat vasitəsinin salonunda və yük yerində 135 ədəd “Xpress Music” markalı mobil telefon, 125 ədəd mobil telefon qutusu, 134 ədəd qidalandırma cihazı, 135 ədəd akkumulyator və 135 ədəd “qulaqcıq” gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək götürülüb.

1807