Saxta pul kəsən şəxslər tutulub
Gəncədə saxta pul kəsən şəxslər ifşa olunub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami (Gəncə) RPİ və MTN-nin Gəncə şəhər İdarəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Namiq İmanov, Cahangir Fərzəliyev və Elnur Xudaverdiyev tutulub. Onlar 100 ədəd 50 manatlıq saxta əskinazı 2000 manata satarkən yaxalanıblar.
N.İmanovun evinə baxış zamanı saxta əskinazların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülüb.
N.İmanovun evinə baxış zamanı saxta əskinazların hazırlandığı "HP Desget 1050 Print Sean Sopu" markalı skayner də aşkar edilərək götürülüb.
2016