Səhiyyə Nazirliyi: Qəzada 6 nəfər ölüb, 41 nəfər yaralanıb
Bunu APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib. Onun sözlərinə görə, ölənlərin sayı arta da bilər: “Kliniki Tibbi Mərkəzdə olan 8 nəfərin vəziyyəti ağırdır. Hazırda onlardan 2 nəfəri əməliyyatdadır. Ümumilikdə qəzada 41 nəfər yaralanıb. Onlardan 32-si Kliniki Tibbi Mərkəzə, 9 nəfəri isə Travmatologiya İnstitutuna aparılıb. Onlardan 8 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb”.
Kliniki Tibbi Mərkəzin baş həkimi Tərlan Bəbirov isə APA-ya açıqlamasında bildirib ki, qəza nəticəsində Mərkəzə 1 nəfərin meyiti gətirilib, 2 nəfər isə yolda gətiriləndə ölüb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir: “Ölənlərin şəxsiyyətini dəqiqləşdirmək çətindir. Onların sənədi yoxdur və ya qohumları bilmirlər”.
Hazırda mərkəzdə qəza nəticəsində yaralanan 35 xəstə var.

Oxşar yazılar

Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Daşkəsəndə bıçaqlanan 21 yaşlı gənc öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:14
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17