Dəhşətli qəzanın təfərrüatları məlum oldu – HADİSƏ YERİNDƏN
Bu gün Puta-Heybət mənzilinin 513-cü kilometrində baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub.
Şahidlər Lent.az-ın hadisə yerində olan əməkdaşına bildiriblər ki, hadisə 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu Lökbatan qəsəbəsindən çıxaraq dəmir yol keçidini keçən zaman baş verib.
Şahidlər bildiriblər ki, Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı keçidə yaxınlaşdığı halda, yolu bağlamalı olan şlaqbaum bağlanmayıb. Yol açıq olduğu üçün avtobus yolu keçməyə cəhd edib. Avtobus keçən zaman sağ tərəfdən gələn qatarı görmək mümkün olmayıb. Yaxınlıqdakı sərt döngədən qəfil çıxan qatar avtobusu vuraraq dəmiryolunun üzərində sürüyüb və 10-12 metr kənara atıb. Qatar avtobusa çırpılarkən zərbə o qədər güclü olub ki, dəmir yolunun üzərindəki qidalandırıcı elektrik xətləri də qırılıb.
Şahidlər hadisə zamanı avtobusda 70 nəfərə yaxın sərnişin olduğunu və 20 nəfərə yaxın insanın öldüyünü bildiriblər. Onların dediyinə görə, Fərid adlı sürücü də ağır yaralanıb.
Sürücü saxlanılıb.
Hazırda dəmir yolu bağlanıb, hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çalışırlar.
Səbuhi Məmmədli
***
Bu gün Bakı şəhərinin Qaradağ rayonunda baş vermiş dəhşətli qəza nəticəsində yaralananlardan 9-u Travmatologiya İnstitutuna yerləşdirilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a verilən məlumata görə, daha bir yaralı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Kliniki Tibbi Mərkəzin Baş həkimi Tərlan Bəbirov Lent.az-a bildirib ki, onların xəstəxanasına 25 yaralı gətirilib. Yaralılardan 10-nun vəziyyəti ağırdır.
Xəstəxananın rentgen şöbəsindən Lent.az-ın müxbirinə deyilib ki, yaralılardan 3-ün qabırğaları sınıb və onların vəziyyəti daha ağırdır. 5 nəfər isə ilkin müayinədən sonra ambulator müalicəyə yazılıb.
Ümumilikdə isə qəza nəticəsində 36 nəfər yaralanıb ki, onlardan 3-ü xəstəxanada ölüb. Hadisə yerində isə ilkin olaraq 7 nəfərin öldüyü bildirilir.
Hazırda ölən və yaralananların şəxsiyyətləri müəyyənləşdirilir.
Nizam
Jalə
***
31 Avqust 2012 10:33
Bu gün Bakı şəhərində baş vermiş dəhşətli qəza nəticəsində xəsarət alan 25 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib. Bu barədə Lent.az-a xəstəxananın baş hakimi Tərlan Bəbirov məlumat verib. T.Bəbirov bildirib ki, yaralılardan biri yolda, digəri isə xəstəxanaya çatdırıldıqdan sonra ölüb.
Hazırda yaralıların yerləşdirilməsi üçün iş aparılır. Gətirilmiş yaralılardan 10-un vəziyyəti ağırdır. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.
Nizam RZA
***
31 Avqust 2012 10:13
Bu gün Ağstafa-Bakı marşrutu ilə hərəkət edən 97/98 saylı sərnişin qatarı səhər saat 07:25 radələrində Puta stansiyasını keçərək Puta-Heybət mənzilinin 513-cü kilometrində yerləşən qorunan dəmir yolu keçidində saat 07-30-da təyin olunmuş sürətlə hərəkətdə olan zaman keçidi keçməyə cəhd göstərən “DAEWOO” markalı 10-TF-427 dövlət nömrə nişanlı 124 №-li sərnişin avtobusu ilə toqquşub.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, hadisə nəticəsində sərnişinlər arasında ölənlər və xəsarət alanlar var.
Hadisə yerində hüquq-mühafizə orqanları ilə birgə aparılmış araşdırma zamanı, qorunan keçidin texniki vəziyyəti Nəqliyyat Nazirliyinin 27.10.2003-cü il tarixli 47/s-saylı “Dəmir yolu keçidlərinin istismarına dair Təlimat”ın tələblərinə uyğun olması müəyyən edilib. Hadisənin baş verməsinə səbəb, sürücü tərəfindən Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında Qanun”un 44-cü maddəsinin tələblərinin pozulması olub.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a bildirilib ki, ilkin məlumata görə, hadisə nəticəsində 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

15503