Bakıda obyekt alan iş adamının 735 min dollarını apardılar - YENİLƏNİB-TƏFƏRRÜAT
27 avqust 2012 19:23 (UTC +04:00)

Bakıda obyekt alan iş adamının 735 min dollarını apardılar - YENİLƏNİB-TƏFƏRRÜAT

Bir neçə gün əvvəl Bakıda baş vermiş müdhiş oğurluq hadisəsinin təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində tapança ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan zorla almış şəxslərdən biri tutulub. Bu, Qəbələ rayon sakini Elçin Abdullayevdir.

Araşdırmalar nəticəsində məlum olub ki, zərərçəkmiş iş adamı B.Namazov adı açıqlanmayan paytaxt sakinindən obyekt almaq istəyirmiş. Tərəflər böyük miqdarda pul qarşılığında obyektin alqı-satqısına razılaşıblar. Bundan sonra isə B.Namazov razılaşdırılmış məbləğin müəyyən hissəsini, yəni 735 min dolları götürərək Yasamal rayonu Talıblı küçəsində yerləşən notariat kontoruna gəlib. Məqsəd obyektin alqı-satqısını sənədləşdirmək və ilkin razılaşdırılmış məbləği ödəmək olub.

Lakin B.Namazov avtomobildən düşən kimi Talıblı küçəsi 38 ünvanının qarşısında silahlı şəxslər onun qarşısını kəsib. Onlar içi pulla dolu çantanı alaraq, qaçıblar.

Fakt üzrə Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb, E.Abdullayev dindirilir.

Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Nizam RZA


***

27 Avqust 2012 13:23

Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs tutulub. Lent.az-ın Daxili işlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 10-da Bakı şəhər sakini Bəhruz Namazovu Yasamal rayonu ərazisində, tapançaya oxşar əşya ilə hədələyərək, içərisində 735.450 dollar pul olan çantasını ondan almış şəxsin Qəbələ rayon sakini Elçin Abdullayev olması müəyyən edilib. O, dərhal tutulub.



Araşdırmalar zamanı E.Abdullayevin Sankt-Peterburq şəhərinin Baş Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası CM-nin 222-ci maddəsi ilə (qanunsuz olaraq odlu silah gəzdirmə) axtarışda olması müəyyən edilib. Cinayətin digər iştirakçılarının da müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8353

Oxşar yazılar