AXCP Demokratik Qüvvələrin Məşvərət Məclisində təmsil olunmayacaq
Bunu APA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, AXCP-nin yeni yaradılmış Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirak etmək planı yoxdur: “Sadəcə bizim nümayəndə kimi Həsən Kərimov avqustun 24-də keçirilən tədbirə dəvət olunduğu üçün qatılmışdı. Yeni yaradılacaq qurumda iştirak nəzərdə tutulmadığından, Həsən bəy səsvermədə iştirak etməyib. Biz müxalifətin inteqrasiya modeli, əməkdaşlığın ən aktual variantı kimi İctimai Palata çərçivəsində əməkdaşlığı görürük. Bu, bizim qarşıdakı perspektiv planlara da münasibətimizi ifadə edir”.
Bununla belə, F. Qəhrəmanlı AXCP-nin ikitərəfli və çoxtərəfli müzakirələrə açıq olduğunu da əlavə edib.
Yeni yaradılmış Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təsisçilərindən olan AMİP-in sədr müavini Elşən Mustafayev isə APA-ya açıqlamasında deyib ki, DQMM-də təmsil olunmaq heç bir partiyanın fəaliyyətini çərçivəyə salmır: “Eyni zamanda, Məşvərət Məclisi fəaliyyət istiqamətlərini də məhdudlaşdırmır”.
E. Mustafayev DQMM-in qapısının digər partiyalara da açıq olduğunu əlavə edib.
Qeyd edək ki, avqustun 24-də 17 siyasi partiyanın iştirakı ilə müxalifətdaxili əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün növbəti görüş keçirilib. Görüşdə Yusif Bağırzadə (AMİP), Şakir Ulubəy (DBP), Həsən Kərimov (AXCP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar Partiyası), Fuad Əliyev (ALDP), Arif İsmayılbəyli (VHP), Bakir Həsənbəyli (Ümid), Hacıbaba Əzimov (VAMBP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası) və Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər. Sonda Demokratik Qüvvələrin Məşvərət Məclisinin yaradılması qərara alınıb. Lakin iştirakçılardan AXCP nümayəndəsi Həsən Kərimov səsvermədə iştirak etməyərək partiyanın müvafiq qurumlarında müzakirə edildikdən sonra mövqe bildirəcəklərini deyib.

1129