“Xan”-ın bazarında azərbaycanlıların qanını tökdülər - FOTO
22 avqust 2012 16:46 (UTC +04:00)

“Xan”-ın bazarında azərbaycanlıların qanını tökdülər - FOTO

0
Lent.az-ın məlumatına görə, zərərçəkənlər əsasən bazarda xırda ticarətlə məşğul olan Azərbaycan, Ermənistan və Tacikistan vətəndaşlarıdır.


İlkin məlumata görə, bazarda iğtişaş törədənlər yerli “Ağ ayılar” bandasının üzvləri olublar.
Stavropoldakı Azərbaycan Milli Mədəni Muxtariyyatının üzvü Sakit Alıyevin Lent.az-a bildirdiyinə görə, bu bazarda artıq neçənci dəfədir ki, atışma olur. Diaspor rəsmisinin dediyinə görə, vaxtı ilə adıgedən bazarın sahibi “Xan” ləqəbli kriminal avtoritet Vladimir Seleznyov olub. “Xan” bir müddət əvvəl öldürülüb.


“Burda millətlərarası münaqişədən söhbət gedə bilməz. Sadəcə iki cinayətkar qruplaşmanın ticarət nöqtələri uğrunda mübarizədir” - deyə, o, qeyd edib. Alıyevin dediyinə görə, yaralananlardan 2 nəfəri azərbaycanlıdır və onlar artıq xəstəxanadan evə buraxılıb.



Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4176

Oxşar yazılar