"Toyota Prado" yük maşınına çırpıldı, 3 nəfər yaralandı - FOTO - VİDEO
03 noyabr 2019 01:26 (UTC +04:00)

"Toyota Prado" yük maşınına çırpıldı, 3 nəfər yaralandı - FOTO - VİDEO

0

 

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, avtoqəza Xocasən qəsəbəsində qeydə alınıb.

"Toyota" markalı minik maşını yolun kənarında dayanmış "MAZ" markalı yük maşınına çırpılıb. Nəticədə 3 nəfər ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Yük maşınının sürücüsünün yolun hərəkət zolağında avtomobili saxlayıb getməsi ilə əlaqədar araşdırma aparılır. Yol qaranlıq və yağışlı olduğundan qəza şəraiti yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2032

Oxşar yazılar